Daha 4 ölkə Rusiya vətəndaşlarına viza verməyi DAYANDIRIR

17:38 - 09 Sentyabr 2022

Daha 4 ölkə Rusiya vətəndaşlarına viza verməyi DAYANDIRIR

Avropada rus turistlərə tətbiq edilən viza məhdudiyyətindən sonra Polşa və Baltikyanı ölkələr də sərhədlərini bağlayacağını açıqlayıb.
Litva, Latviya, Estoniya və Polşa baş nazirlərinin birgə bəyanatında Rusiya Federasiyası vətəndaşlarının bu ölkələrə buraxılmayacağı qətiyyətlə vurğulanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən tənzimləmənin bəzi Rusiya vətəndaşlarını əhatə etməyəcəyi bildirilib.

Sentyabrın 19-da qüvvəyə minəcək tənzimləmənin Rusiyanın müstəqilliyi uğrunda mövcud rejimə qarşı mübarizə aparan Rusiya vətəndaşlarını, diplomatları, müstəqil jurnalistləri və onların ailələrini əhatə etməyəcəyi açıqlanıb. 

Əsasnaməyə uyğun olaraq, Rusiya Federasiyası vətəndaşlarının 4 ölkəyə buraxılmayacağı və bu 4 ölkənin ərazisindən digər Aİ ölkələrinə tranzit keçməsinə icazə verilməyəcəyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az