Ukrayna limanlarından daşınan taxılın miqdarı AÇIQLANDI

22:27 - 09 Sentyabr 2022

Ukrayna limanlarından daşınan taxılın miqdarı AÇIQLANDI

İyul ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında İstanbulda yaradılmış “Birgə Koordinasiya Mərkəzi” fəaliyyətini davam etdirir.

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, indiyədək taxıl dəhlizindən 105 gəmi keçib.

Daşınan taxılın həcmi isə 2 milyon 500 min tona yaxınlaşıb. Ukrayna limanlarından çıxan taxıl və ərzaq yüklü gəmilərdən 39-u təyinat yerinə çatıb, 66 gəminin isə səfərinə davam etdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az