Ukrayna ordusu bu əraziləri azad etdi

11:13 - 10 Sentyabr 2022

Ukrayna ordusu bu əraziləri azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 2 500 kv km-ə yaxın ərazini Rusiya hərbçilərindən təmizləyib.

Manset.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Kupyansk ətrafına çıxıb, İzyuma hücuma keçiblər. Məlumata görə, ukraynalılar Qruşevkanın şimalında Rusiyanın hərbi ehtiyat bazasına doğru hərəkətə başlayıb.

Bildirilib ki, Xarkov vilayəti istiqamətində Ukrayna qoşunlarının uğurlu əməliyyatına cavab olaraq Rusiya əraziyə əlavə qüvvə göndərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az