Sankt-Peterburqun deputatları Putini istefaya dəvət edib. Deputatlar istefaya çağırışa səbəb kimi 5 səbəb göstəriblər.
Manset.az-ın xarici mediaya istiandən məlumatına görə, Sankt-Peterburq deputatları mövcud vəziyyətə etiraz olaraq Putinin istefasını tələb edib.
Onlar, Putinin niyə istefa verməli olduğunu da sadalayıblar.
Müvafiq olaraq, "İşçi qüvvəsinə ordudan daha yaxşı xidmət edəcək gənc, güclü rus kişilərinin məhv edilməsi, Rusiyanın iqtisadi tənəzzülü və beyin axını, NATO-nun Rusiya ilə sərhədini ikiqat artırmaq üçün Finlandiya və İsveç də daxil olmaqla şərqə doğru genişlənməsi, Ukraynada “xüsusi hərbi əməliyyat”ın gözləntiləri doğrultmaması” səbəblər arasında göstərilib.
Həmin deputatlar polis tərəfindən nəzarətə götürülüb.
Saxlanılan 4 deputatdan ikisinin sərbəst buraxıldığı bildirilib.
Bütün deputatların cərimələnməsi gözlənilir.