Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə yanğın hadisəsi baş verib.
Manset.az-ın xarici mediaya istiandən məlumatına görə, evdən tüstü qalxdığını görən vətəndaşlar vəziyyəti Təcili Zəng Mərkəzinə bildiriblər.
Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib. Yanğın daha geniş əraziyə yayılmadan söndürülüb.
Yanğının evdəki 12 yaşlı uşaq tərəfindən alışqan vasitəsilə törədildiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.