Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

15:30 - 11 Sentyabr 2022

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 52 650 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 154 tank, 4 617 zirehli döyüş maşını, 1 263 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 242 təyyarə, 213 helikopter, 902 PUA, 216 qanadlı raket, 15 gəmi, 3 445 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az