Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu BİLDİRDİ

18:14 - 11 Sentyabr 2022

Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu BİLDİRDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Bu barədə Manset.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib.

Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu bildirib.

Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistanına kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib.

Pakistanın Baş naziri Şərif Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az