Ukrayna 20 yaşayış məntəqəsini azad etdi

09:29 - 12 Sentyabr 2022

Ukrayna 20 yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 20-dən çox yaşayış məntəqəsini azad edib və bu ərazilərə tam nəzarəti bərpa edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib.

Həmçinin müdafiə qüvvələrinin Mayorskaya və Krasnoqorovka yaxınlığında düşmən hücumlarını dəf etdiyi, Nikolaevka Vtoroy və Zaytsevoy ərazilərində isə döyüşlərin davam etdiyi bildirilir.

Qeyd olunur ki, Müdafiə qüvvələrinin Xerson istiqamətində əməliyyatlardan sonra düşmən xeyli canlı qüvvə itkisinə məruz qalıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az