Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatdı

10:46 - 12 Sentyabr 2022

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatdı

Çinin cənub-qərbindəki Siçuan əyalətində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatıb. Daha 25 nəfər itkin düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əvvəl “Sinxua” Xəbər Agentliyi 88 ​​nəfərin öldüyünü, 30 nəfərin isə itkin düşdüyünü bildirib.

“Qartse-Tibet muxtar vilayətində 55, Yaan şəhərində 38 nəfər həlak olub. Bundan əlavə, 25 nəfər itkin düşmüş hesab olunur”, - deyə telekanal xəbər verib.

Avqustun 5-də Siçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra da bölgədə təkanlar hiss olunub. Seysmoloqların məlumatına görə, son bir həftə ərzində 2,7 mindən çox afterşok qeydə alınıb. Ən güclü afterşokun maqnitudası 4,5 olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az