Polşa Almaniyanı sərt tənqid etdi

16:08 - 12 Sentyabr 2022

Polşa Almaniyanı sərt tənqid etdi

Polşanın baş naziri Mateuş Moravetski Berlin administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini sərt tənqid edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın Ukraynanın ən güclü tərəfdarları arasında olduğunu qeyd edən Moravetski, Almaniyanın mövqeyinin "böyük xəyal qırıqlığı" olduğunu bildirib:

“Berlin Polşanın Rusiya enerjisindən, xüsusilə Şimal axını 1 və 2 xətlərindən asılılığı ilə bağlı uzun xəbərdarlıqlarına məhəl qoymadı. Ukraynanın müdafiəsi Almaniyadan asılı olsaydı, Ukrayna mövcud olmazdı.
Almanlar həmişə Moskvaya qarşı çox mülayim olublar, Rusiyaya tabe olublar. Amma biz Rusiyaya etdiyimiz bütün xəbərdarlıqlarda haqlı idik. Aydındır ki, indi səsimiz əvvəlkindən qat-qat çox eşidilir”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az