BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri vəzifəsinin icrasına BAŞLADI

21:55 - 12 Sentyabr 2022

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri vəzifəsinin icrasına BAŞLADI

Macarıstan nümayəndəsi Çaba Kyoroşi çərşənbə axşamı Nyu-Yorkda açılacaq BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti kimi and içib.

Manset.az xəbər verir ki, O, təşkilatın Nizamnaməsinə uyğun olaraq və heç bir kənar mənbədən göstəriş almadan BMT-nin maraqlarına uyğun olaraq öz vəzifələrini yerinə yetirəcəyinə söz verib.

Bunun ardınca bayrağın dəyişdirilməsi mərasimi baş tutub. Nəticədə sədrlik vəzifələri Maldiv adaları nümayəndəsi Abdulla Şahiddən Macarıstan təmsilçisinə keçib.

Qeyd edək ki, çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işə başlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az