Peskov, Rusiya ordusunun Ukraynada “xüsusi hərbi əməliyyat”ını davam etdirdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ordusunun geri çəkildiyi Balakleya və İzyum şəhərlərində ordunun yenidən yerləşdirildiyini açıqlayan Peskov,Rusiya prezidenti Vladimir Putinin bu hərəkətlərdən xəbərdar olduğunu bildirib və “Təbii ki, xüsusi hərbi əməliyyatlar zamanı atılan hər addım və hərəkətlər baş komandana çatdırılır” deyib.