Britaniya kraliçası Elizabetin adından Məkkəyə gedərək ümrə yerinə yetirən yəmənli şəxs Səudiyyə rəsmiləri tərəfindən həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yəmən vətəndaşı olan şəxs bazar ertəsi sosial şəbəkədə Məscidül-Həramda çəkdiyi videonu paylaşıb. Həmin videoda onun əlində “Kraliça II Yelizavetanın ruhu üçün ümrə. Allahdan onu Cənnətdə qəbul etməsini diləyirik" yazılmış plakat var.
Video Twitter-də yayıldıqdan sonra bir çox səudiyyəli istifadəçi yəmənlinin həbsini tələb edib.
Təhlükəsizlik qüvvələri Yəmən vətəndaşının Məscidül-Həramın içərisində plakat gəzdirərək qaydaları pozduğuna görə həbs edildiyini və onun barəsində məhkəmə prosesinin başlandığını bildirib.
Səudiyyə Ərəbistanı Məkkəyə gələnlərə əllərində plakatlar tumağı və şüarlar səsləndirməyi qadağan edir. Həyatını itirən müsəlmanlar üçün ümrə etmək qəbul edilsə də, qeyri-müsəlmanlar üçün bu əmələ icazə verilmir.