Kraliça II Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasiminə Rusiya, Belarus və Myanmanın dəvət olunmadığı, İrana səfir səviyyəsində dəvət göndərildiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və həyat yoldaşları kimi yanlarında olacaq şəxsə yer ayrılacağı bəyan ed ilib.
Liderlərin komandalarının və ailələrindən başqa şəxslərin dəfn mərasiminə qatılmasının mümkün olmadığı vurğulanıb. Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmur iştirak edə bilər.