“Ermənistana beynəlxalq ictimaiyyət sanksiyalarla təsir göstərə bilər” - Ukraynalı deputat

17:00 - 13 Sentyabr 2022

“Ermənistana beynəlxalq ictimaiyyət sanksiyalarla təsir göstərə bilər” - Ukraynalı deputat

“Hazırkı vəziyyətdə Ermənistana yalnız beynəlxalq ictimaiyyət sanksiyalarla təsir göstərə bilər”.

 

Manset.az xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuri Kamelçuk Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda revanşist əhvali-ruhiyyə hökm sürür və bu baxımdan dünya bu ölkəyə dəstək vermir:

“Onlar hüquqi normalara və beynəlxalq qanunlara riayət etsələr, bəlkə də, bu vəziyyəti həll etmək mümkün olacaq”.

Onun sözlərinə görə, artıq Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verənləri izlədiyi barədə bəyanat yayıb.

Deputat Ermənistanın dəstək üçün Ukraynada aparılan genişmiqyaslı müharibəyə görə günahkar olan Rusiyaya müraciət etməsinin təəssüf doğurduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az