Ukrayna ordusu Xarkovda daha üç yaşayış məntəqəsini işğaldan AZAD ETDİ

18:44 - 13 Sentyabr 2022

Ukrayna ordusu Xarkovda daha üç yaşayış məntəqəsini işğaldan AZAD ETDİ

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin daha üç yaşayış məntəqəsini işğaldan azad edib.

Manset.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun 127-ci briqadası məlumat yayıb.

Bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən Liptsi, Qlubokoye və Streleçyeni yaşayış məntəqələri işğaldan azad edilib. Həmin məntəqələrdə artıq Ukraynanın dövlət bayrağı dalğalanır.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyindən Xarkov vilayətinin 300 yaşayış məntəqəsinin işğaldan azad edildiyi bildirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az