Ermənistanda “TikTok” BLOKLANDI

00:03 - 14 Sentyabr 2022

Ermənistanda “TikTok” BLOKLANDI

“TikTok” informasiya mənbəyi sayıla bilməz. Onun vasitəsilə idarə olunmayan məlumat axını baş verir.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasının səbəblərini izah edərkən bildirib.

O, vurğulayıb ki, bu tədbir digər strateji məlumatların yayılması qovşaqları düzgün işlədiyi halda təsirli olur.

Martirosyan bu işdə Azərbaycanı nümunə göstərib və Bakının bu məsələyə ciddi yanaşdığını deyib.

Ekspert informasiya sahəsində bir sıra problemlərin olduğunu da etiraf edib. “Xüsusilə, məlumat çatışmazlığı var və vətəndaşlar bu boşluğu üçüncü tərəf mənbələri vasitəsilə doldurmağa çalışırlar”, - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az