Kraliça Elizabet keçən əsr gizli məktub yazıb və sonra onu möhürləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, II Elizabetin sirlərlə dolu məktubu 1986-cı ildə onun Avstraliyaya səfəri zamanı yazılıb.
Kraliçanın Sidney merinə yazdığı və möhürlədiyi məktub gizli saxlanılır və 2085-ci ilə qədər açılması qadağandır.
“Avstraliya, Sidney şəhərinin Ədalətli və Möhtərəm Lord Merinə” müraciəti ilə başlayan məxfi məktub 2085-ci ildə yaşayacaq Sidney vətəndaşlarına çatdırılması üçün yazılıb.
Kraliçanın o zamankı Sidney merindən xahiş edərək deyib ki, "2085-ci ildə seçəcəyiniz uyğun bir gündə bu zərfi açıb Sidney vətəndaşlarına mesajımı çatdırarsınızmı?".
Onun tələbi qəbul edilib. 36 ildir möhürlənmiş məktubda nə yazıldığını onun ən yaxın işçiləri də daxil olmaqla, hələ də heç kim bilmir.
Məktub hazırda Kraliça Viktoriya binasının yuxarı hissəsindəki günbəzlərdən birində qorunaraq saxlanılır.