Ukraynalı müğənni ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi (FOTOLAR)

09:55 - 15 Sentyabr 2022

Ukraynalı müğənni ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi (FOTOLAR)

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət “Qafqazinfo”ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az