İsveçin baş naziri, Sosial Demokrat Partiyasının lideri Maqdalena Andersson keçirdiyi mətbuat konfransında sentyabrın 11-də keçirilən seçkilərdəki məğlubiyyəti qəbul etdiyini bildirərək istefa verəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Andersson, “Sabah baş nazir postumdan uzaqlaşdırılmağımı xahiş edəcəyəm. Məsuliyyət Məclisə və Məclis Sədrliyinə keçəcək. İsveç xalqının seçiminə və demokratiyasına hörmət bunu tələb edir” deyib.