Kraliçanın cənazəsi yanında huşunu itirdi - VİDEO

11:28 - 15 Sentyabr 2022

Kraliçanın cənazəsi yanında huşunu itirdi - VİDEO

Sentyabrın 14-ü Londondakı Vestminster sarayında kraliça II Elizabet ilə vida mərasimi başlayıb. Kraliçanın cənazəsi ətrafında kral qvardiyasının Fəxri qarovulu sutka ərzində növbətçi xidməti həyata keçirir.

 

Manset.az xəbər verir ki, mərasim zamanı Britaniya Kral Qvardiyasının üzvü kraliçanın tabutu yanında huşunu itirib. Dərhal qarovula tibbi yardım göstərilib. 

Həmin anlar mərasimi lentə alan televiziya kanalları tərəfindən görüntülənib. Yaşanan hadisədən qısa müddət sonra yayım kəsilib. 

Kral Qvardiyasının əməkdaşının yaşadığı çətin anlar sosial platformalarda yayılıb. 

Britaniya mətbuatından verilən məlumatlara görə, kraliça ilə vidalaşmaq istəyənlər saray qarşısında 16 kilometr uzunluğunda növbə yaradıblar. II Elizabetin tabutu sentyabrın 19-dək Vestminster sarayında qalacaq. Ora daxil olmaq üçün insanlar saatlarla gözləyirlər. 

Hökumət rəsmiləri kraliçanın tabutu qarşısından keçmək istəyən insanların dəqiq sayını açıqlamırlar, lakin onunla viadalaşmağa təxminən 750 min adamın gələcəyi gözlənilir.

Xatırladaq ki, 96 yaşlı II Elizabet sentybarın 8-də dünyasını dəyişib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az