ABŞ Konqresmeni Azərbaycanla Ermənistan arasındakı münaqişədə "öz tərəfini" seçdi

13:52 - 15 Sentyabr 2022

ABŞ Konqresmeni Azərbaycanla Ermənistan arasındakı münaqişədə \"öz tərəfini\" seçdi

Azərbaycanla Ermənistan arasında sərhəd xəttində münaqişələr yenidən şiddətləndiyi bir vaxtda ABŞ konqres üzvü mövzu ilə bağlı mövqeyini bildirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ konqresmeni Adam Şiff Azərbaycanın Ermənistana qarşı “səbəbsiz olaraq hərbi hücumlar həyata keçirdiyi” iddiasını irəli sürüb. 

Şiff Azərbaycanın hücumlarını pisləyən qətnamə layihəsini təqdim edərkən sosial media hesabında da "ABŞ və müttəfiqləri azərbaycanlıların hərəkətlərini qəti şəkildə qınamalıdır" deyə açıqlama verib. 

O, Vaşinqtondan tədbir görməsini istəyərək, "Biz səs-küylü bir qətnamə təqdim etmişik: Artıq ABŞ-nin Azərbaycana dəstəyi yoxdur. O, hücumlarının bədəlini ödəməlidir" deyib. 

Konqres üzvləri Frank Pallone, Jackie Speier, David Valadao və Qus Bilirakis Adam Şifflə birgə bəyanatda “Biz Bayden administrasiyasını və Xarici İşlər Nazirliyini Azərbaycanın hərəkətlərini birmənalı şəkildə pisləməyə və Əliyev rejiminə hər cür yardımı dərhal dayandırmağa çağırırıq. Biz Ermənistan xalqının ərazi bütövlüyünü, sülh və azadlıq hüququnu dəstəkləmək üçün onun yanındayıq” deyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az