“Financial Times” qəzeti ABŞ və Avropa İttifaqının Rusiya sanksiyaları ilə bağlı Türkiyəyə təzyiqlərini artırmağa hazırlaşdığını yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moskva Türkiyə bank sistemi vasitəsilə sanksiyalardan yan keçməyə çalışdığı qeyd olunub.
İki Qərb rəsmisi ABŞ-nin diqqətini “Mir” ödəniş sistemi ilə inteqrasiya olunmuş türk banklarına yönəltdiyini bildirib.
Həmçinin Brüsselin narahatlıqları birbaşa çatdırmaq üçün Ankaraya nümayəndə heyəti göndərməyə hazırlaşdığı da yazılıb.
Qərb rəsmisi bəyan edir ki, üçüncü ölkələrin maliyyə qurumları Rusiyanın “Mir” sistemi ilə inteqrasiya olunmamalıdır.
Digər məmur “Financial Times” qəzetinə birbaşa Türkiyəni hədəf alaraq “boşluqları bağlamalıyıq” deyib.