Böyük Britaniyada bir gənc evində oturub oyun oynadığı zaman onu ildırım vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 33 yaşlı Aidan Rovan evində “PlayStation” oynadığı zaman çöldə şimşək çaxırdı.
İldırımın onu necə vurmasını danışan Rovan, bu zaman şiddətli gurultu eşitdiyini deyib:
“Həmin an içimdə ağır bir hiss var idi. Sonra sağ qolumda güclü yanma hiss etdim”.
Dərhal xəstəxanaya aparılan Rovan bir neçə saat sonra evə buraxılıb.
Onun səhhəti ilə bağlı ciddi problem olmadığı, sadəcə sağ qolunda yanıq izləri olduğu bildirilib.