Uçan velosiped nümayiş olundu – VİDEO

17:24 - 16 Sentyabr 2022

Uçan velosiped nümayiş olundu – VİDEO

Yapon startap şirkəti “AERWINS” tərəfindən hazırlanmış uçan velosiped “Xturismo” ABŞ-da “Detroit” avtosalonunda nümayiş etdirilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 40 dəqiqə havada qala bilən və saatda 100 kilometr sürətə çatan uçan velosiped Xturismo hər kəs tərəfindən bəyənilib. 

“AERWINS Technology”nin qurucu prezidenti Şuhei Komatsu bildirib ki, artıq Yaponiyada satışa çıxarılan Xturismo modelinin ABŞ satış qiymətinin 777 min dollar olacağı gözlənilir. 

Bundan əlavə, o, şirkətin 2025-ci ilə qədər qiyməti 50 min dollara endirəcək daha kiçik model üzərində işləməyə davam etdiyini bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az