ŞOK HADİSƏ: Ana südü körpənin ölümünə səbəb oldu - FOTO

20:29 - 16 Sentyabr 2022

ŞOK HADİSƏ: Ana südü körpənin ölümünə səbəb oldu - FOTO

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda bədbəxt hadisə yaşanıb.

Manset.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, boğazında ana südü qalan dörd aylıq körpə ölüb.

Anası körpəni əmizdirərək beşiyinə qoyub. Bir müddət sonra onun hərəkətsiz yatdığını görüb və təcili yardım çağırıb.

Hadisə yerinə gələn təcili yardım qrupu körpənin nəfəs borusuna süd sızdığını müəyyən edib. Nəfəsi kəsilən körpəyə ürək masajı edilib, daha sonra xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Körpənin meyiti ekspertiza üçün Məhkəmə Tibb İnstitutuna göndərilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az