Rusiya ilə danışıqların nə vaxt olacağına yalnız Zelenski qərar verə bilər - Ağ Ev

23:10 - 16 Sentyabr 2022

Rusiya ilə danışıqların nə vaxt olacağına yalnız Zelenski qərar verə bilər - Ağ Ev

Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.

Manset.az xəbər verir ki, bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, həmçinin bildirib ki, Amerikanın Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək.

ABŞ hakimiyyəti daha yaxşı alternativlərin olduğuna inanır.

Kirbi bildirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az