Tacikistanla Qırğızıstan arasında QARŞIDURMA: 87 yaralı var

00:35 - 17 Sentyabr 2022

Tacikistanla Qırğızıstan arasında QARŞIDURMA: 87 yaralı var

Tacikistanla sərhəddə toqquşmalar zamanı yaralanan Qırğızıstan sakinlərinin sayı 87 nəfərə çatıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - məlumatda deyilir.

Ölənlərin sayı ilə bağlı hələlik məlumat verilmir.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti 59 sakinin xəsarət alması barədə məlumat verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az