"Almaniya nasist keçmişinə görə Ukraynaya silah vermir" - Zelenski

20:04 - 17 Sentyabr 2022

\"Almaniya nasist keçmişinə görə Ukraynaya silah vermir\" - Zelenski

Silah tədarükü Ukrayna üçün həyati əhəmiyyət kəsb edir, lakin Berlin bu məsələni ləngidir.

Manset.az xəbər verir  ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Reuters" agentliyinə müsahibəsində deyib.  

Onun sözlərinə görə, Almaniya hakimiyyətinin Kiyevi silahla təmin etmək istəməməsi Berlinin nasist keçmişi ilə bağlıdır.

"Almaniyada Ukraynaya silah tədarükündə onun nasist keçmişi ilə bağlı müəyyən psixoloji maneələr var", - deyə Ukrayna prezidenti bildirib.

Zelenski qeyd edib ki, Rusiya ilə müharibənin nəticəsi xarici silahların Ukraynaya sürətlə çatdırılmasından asılıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az