Akkuyu AES 2023-cü ildə istifadəyə verilə bilər

21:39 - 17 Sentyabr 2022

Akkuyu AES 2023-cü ildə istifadəyə verilə bilər

Akkuyu atom elektrik stansiyası (AES) 2023-cü ildə işə başlaya bilər.

Manset.az xəbər verir ki,  Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, gələn il tikilməkdə olan AES-də ilk reaktorun işə salınacağına ümid etdiyini söyləyib.

Sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla görüşündə Türkiyədə Akkuyu AES-in tikinti prosesinin təşkili ilə bağlı məsələlərin aradan qaldırıldığını bildirib.

Akkuyu AES Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən həyata keçirilən nüvə sənayesi layihəsidir. Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Bu istiqamətdə ilk konkret addım 2010-cu il mayın 12-də atılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az