Gürcüstanın Baş naziri nümayəndə heyəti ilə birlikdə ABŞ-yə getdi

13:10 - 18 Sentyabr 2022

Gürcüstanın Baş naziri nümayəndə heyəti ilə birlikdə ABŞ-yə getdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə ABŞ-a səfərə gedib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, İ. Qaribaşvili səfər çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.

Baş nazirin səfər çərçivəsində Nyu-Yorkda ikitərəfli və yüksək səviyyəli görüşləri planlaşdırılıb.

İrakli Qaribaşvilini səfərdə xarici işlər naziri İlia Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az