Macarıstanın Baş naziri Qərbi kəskin tənqid etdi

14:39 - 18 Sentyabr 2022

Macarıstanın Baş naziri Qərbi kəskin tənqid etdi

“Ukrayna torpaqlarının əhəmiyyətli hissəsini itirə bilər”.

 

Manset.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Fides - Macarıstan Vətəndaş Birliyi” partiyasının qapalı iclasında bəyan edib.

 

“Ukraynadakı münaqişənin 2030-cu ilə qədər uzanmaq təhlükəsi mövcuddur və rəsmi Kiyev öz ərazisinin üçdə birini və ya yarısını itirə bilər. Ukraynadakı münaqişə lokal xarakter daşıyacaqdı, lakin Qərb müdaxilə edərək onu qloballaşdırdı”, - Orban deyib.

 

Orban Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını da tənqid edib:

 

“Sanksiyaların yaratdığı enerji böhranı səbəbindən Avropa sənayesinin 40%-ə qədəri qışda dayana bilər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az