“Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” - İrəvanda piket

21:02 - 18 Sentyabr 2022

“Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” - İrəvanda piket

ABŞ-ın İrəvandakı səfirliyi qarşısında piket keçirilib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri fonunda keçirilən aksiya Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə dəstək məqsədilə təşkil edilib.

Ermənistanın “Birgə” hərəkatının bir qrup gənc fəalı piket zamanı amerikalı siyasətçiyə Ermənistanın Rusiya ilə müttəfiqliyə sadiq qalacağını xatırlatıb. Onlar üç dildə “Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” yazılı plakatlar açıblar.

Bundan əvvəl isə İrəvanın İncəsənət Mərkəzinin yaxınlığında Pelosinin səfərinə dəstək olaraq piket keçirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az