Türkiyə limanında yük gəmisi batdı – VİDEO

22:17 - 18 Sentyabr 2022

Türkiyə limanında yük gəmisi batdı – VİDEO

 

Türkiyə sahillərində yük gəmisi batıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Hatay vilayətinin İskəndərun limanında baş verib.

Məlumata görə, dünən gecə saatlarında limana daxil olan “Sea Eagle” adlı gəmi yükünü boşaldarkən batmağa başlayıb.

Onun heyəti göyərtəyə suyun dolmasını görcək, gəmini tərk edib.

3120 ton tutumlu və Toqo bayrağı altında üzən “Sea Eagle”ın batması səbəbi araşdırılır.

Hazırda gəmidə olan konteynerlərin xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, əvvəllər bu gəmi Ukrayna limanından taxıl daşıyırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az