Kosta-Rikada leysan yağışların səbəb olduğu sürüşmə nəticəsində ikimərtəbəli sərnişin avtobusu dərəyə yuvarlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər, ən azı 60 nəfərin olduğu avtobusda olan sərnişinlərdən 9-nun öldüyünü, çoxunun isə yaralandığını açıqlayıb.
Hadisə nəticəsində 30 nəfər itkin düşüb.
Kosta Rika yanğınsöndürmə briqadası, Qırmızı Xaç və İctimai Gücü qruplarından 100-ə yaxın şəxsin iştirakı ilə axtarış işlərinin hələ də davam etdiyi bildirilib.