Rusiya qüvvələri Ukraynada AES-ə raket zərbələri endirdi

15:27 - 19 Sentyabr 2022

Rusiya qüvvələri Ukraynada AES-ə raket zərbələri endirdi

“Energoatom”, Ukraynanın Cənubi Ukrayna Atom Elektrik Stansiyasının (SUNPP) Rusiya tərəfindən bombalandığını və raketin nüvə reaktorlarından 300 metr uzaqlığa düşdüyünü açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada, “SUNPP reaktorlarından cəmi 300 metr aralıda güclü partlayış baş verib. Zərbə dalğası zavodun binalarına ziyan vurub, 100-dən çox pəncərə sındırılıb. Cənubi Ukraynanın enerji kompleksinə daxil olan Oleksandrivska Su Elektrik Stansiyasının hidroaqreqatlarından biri dayandırılıb. Hər üç yüksək gərginlikli elektrik xətti sıradan çıxıb” deyilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az