Kremlin sözçüsü Dmitri Peskov gündəlikdəki məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Ukraynanın Rusiya ordusundan geri aldığı Xarkov vilayətinin İzyum şəhərində ukraynalı əsgərləri kütləvi məzarlıqlarda basdırması ilə bağlı Rusiyaya ünvanlanan ittihama reaksiya verib:
“Buçadakı ilə eyni ssenaridir. Hər şey bir ssenari üzrə inkişaf edir. Bu yalandır və əlbəttə ki, bütün bu hekayədə həqiqəti müdafiə edəcəyik”.