Rusiyadan Türkiyəyə təklif: İstəsələr, bunu edərik

17:02 - 19 Sentyabr 2022

Rusiyadan Türkiyəyə təklif: İstəsələr, bunu edərik

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş ideyasını dəstəklədiklərini və lazım gələrsə, bu görüş üçün platforma təqdim edə biləcəklərini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Boqdanov, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşünün mümkünlüyü ilə bağlı, “Əlbəttə, belə bir görüşün faydalı olacağını düşünürük. Biz burada əlaqələrin bərpasından danışırıq. Hələlik bu əlaqələr yalnız müdafiə nazirlikləri və kəşfiyyat xidmətləri vasitəsilə həyata keçirilir. Biz bu təmasları dəstəkləyirik və tərəfləri bir araya gələrək müəyyən mövqelərdə ümumi dil tapmağa çağırırıq. Təbii ki, tərəflər istəsələr (Moskvada) onları qəbul etməyə həmişə hazırıq. İndiyədək müxtəlif səviyyələrdə və formatlarda çoxlu görüşlər keçirmişik. Biz hər zaman öz köməyimizi təklif etməyə hazırıq” deyib.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az