Dünən Günəşdə üç partlayış qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilk partlayış Bakı vaxtı ilə təqribən 10:26-da olub və , təxminən 14 dəqiqə davam edib .
Hadisə Yer kürəsində qısadalğalı radiorabitə vasitələrində nasazlığa səbəb olub.
İkincisi saat 17:08-də baş verib, təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, o 28 dəqiqə davam edib.