İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında partlayış hadisəsi baş verib.
Manset.az xairici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, axşam saatlarında Yeni Dehli səfirliyi qarşısında partlayış baş verib.
Səfirlik əməkdaşlarının sağ-salamat olduğu, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Hindistan təhlükəsizlik orqanlarının İsrail rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırma başlatdığı açıqlanıb.
Jalə
Manşet.az