Cənubi Koreyaya Ən Yaxşı Film Oskarını qazandıran “Parazit” filmindəki rolu ilə yadda qalan aktyor Li Sun Kyun paytaxt Seuldakı dayanacaqda avtomobilində ölü tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyorun intihar edə biləcəyindən şübhələnilərkən, onun yanında tüstülənmiş kömür blokunun olması diqqətdən qaçmayıb.
Narkotikdən istifadə etdiyi üçün istintaqa cəlb olunan aktyorun ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Ölkə mətbuatı narkotik araşdırmasından sonra aktyorun televiziya və reklam işini itirdiyini yazır.

Əfsanə
Manşet.az