ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü il seçkilərində qalib gəlmək üçün hər cür şansı var.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Bloomberg-in köşə yazarı Noy Feldman bildirib.
Onun fikrincə, üç fərqli yurisdiksiyada cinayət ittihamları Oval kabinetdə yer uğrunda mübarizədə Trampa mane olmayacaq. Bununla belə, ABŞ-ın məhkəmə sistemi Trampın konstitusiya qaydalarını pozmaq cəhdlərinə qarşı “ən güclü dayaq”dır.
“Gələcək prezident Tramp yenidən dəqiq hüquqi presedenti pozaraq hərəkət edərsə, məhkəmələrin öz vəzifələrinə sadiq qalacağını gözləyə bilərik”, - deyə köşə yazarı bildirib.
Feldman xatırladıb ki, Tramp ictimaiyyəti federal hüquq-mühafizə orqanlarının partiyalı olmasına inandırmaqda böyük nailiyyətlər əldə edib.
“Donald Tramp presedentsiz bir il olmasına baxmayaraq, 2024-cü ildə yenidən seçilə bilər” deyə köşə yazarı fikrini yekunlaşdırıb.
Bundna əvvəl Fox News ABŞ-ın hazırkı prezidenti Co Baydeni 2023-cü ilin ən çox uğursuz siyasiləri sırasına daxil edib. “80 yaşlı baş komandan”ın siyahıda olması ABŞ Konqresində ona qarşı başlanmış impiçment prosesi ilə izah edilib.