Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Danışıq zamanı Fidan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara istinad edərək, İsveçin üzvlüklə bağlı prosesin Türkiyə Böyük Millət Məclisinin məsuliyyəti altında davam etdiyini bildirib.
Türkiyə Xarici İşlər Naziri Fidan bildirib ki, F-16 satışı ilə bağlı ABŞ Administrasiyası və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsi və üzərinə götürülmüş öhdəliklərin yerinə yetiriləcəyi gözlənilir.
Danışıq zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Xarici işlər naziri Fidan xatırladıb ki, Qəzzada atəşkəs olmalı və daimi sülh danışıqları ən qısa zamanda başlamalıdır.
Həmçinin Kipr məsələsi də gündəmə gəlib.
Jalə
Manşet.az