Bir dövrə damğasını vuran məşhur oriyental rəqqasəsi Tanyeli səhhətində yaranan problemlərə görə iyun ayında xəstəxanaya müraciət edib və mədəaltı vəzi xərçəngi olduğunu öyrənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bədənində 5 santimetr yarımlıq kist olduğunu açıqlayan Tanyeli gecikmədən özəl xəstəxanada kimyaterapiya müalicəsinə başlayıb.
Kubada müalicə alan, daha sonra İstanbula qayıdan Tanyeli sosial şəbəkədəki səhifəsində oğulları ilə foto paylaşıb.
Tanyelinin paylaşarkən saçlarının uzanmağa başladığı müşahidə edilib.
Məşhur oriyental rəqqasəsinin paylaşdığı fotoda “Bu hekayənin sonu xoşbəxtlikdir” qeydi diqqətdən yayınmayıb.

Əfsanə
Manşet.az