Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət təqibi dayandırılıb.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, qərarı Anna Danibekyanın sədrlik etdiyi ümumi yurisdiksiya məhkəməsi qəbul edib.
Prokuror qeyd edib ki, bu iş üzrə iddia müddəti may ayında başa çatıb, lakin Köçəryan cinayət təqibinə xitam verilməsinin əleyhinə çıxıb. Dekabrın 26-da ikinci prezidentin vəkilləri cinayət təqibinə xitam verməyə razılaşıblar.
Xatırladaq ki, Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. İkinci prezident iş adamı Silva Ambartsumyandan xüsusilə külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.