Süni intellekt jurnalistikasına qarşı ilk iddia qaldıran media təşkilatı hansıdır?

15:19 - 28 Dekabr 2023

Süni intellekt jurnalistikasına qarşı ilk iddia qaldıran media təşkilatı hansıdır?

The New York Times yazılı əsərləri ilə bağlı müəllif hüquqları problemlərini əsas gətirərək “OpenAI” və “Microsoft”a qarşı iddia qaldırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının New York Times qəzeti ChatGPT və digər məşhur süni intellekt platformalarının tərtibatçılarını yazılı əsərləri ilə bağlı müəllif hüquqları məsələlərinə görə məhkəməyə verən ilk böyük media təşkilatı olub.

Nyu York Cənub Məhkəməsində açılan iddiada “The New York Times”da dərc olunan milyonlarla məqalənin chatbotların hazırlanması üçün istifadə edildiyi iddia edilib.

Şikayətdə cavabdehlərin qəzetin əsərlərinin 'qanunsuz surətdə kopyalanması və istifadəsi' ilə bağlı milyardlarla dollarlıq hüquqi və faktiki ziyana görə məsuliyyət daşıması lazım olduğu ifadə edilib.

Şirkətləri qəzetin müəllif hüquqları ilə qorunan bütün chatbot modellərini və təlim məlumatlarını silməyə çağırıb.

Qəzetin şikayətində deyilir: “Əgər xəbər təşkilatları müstəqil jurnalistikasını istehsal edib qoruya bilməsələr, heç bir kompüter və ya süni intellektin doldura bilməyəcəyi boşluq yaranacaq”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az