Türkiyədə FETÖ-yə qarşı geniş əməliyyat: 445 nəfər... (FOTO)

18:33 - 28 Dekabr 2023

Türkiyədə FETÖ-yə qarşı geniş əməliyyat: 445 nəfər... (FOTO)

Türkiyədə yenidən  FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

 

Manset.az TRTHaber-ə istinadən xəbər verir ki, Təhlükəsizlik Baş İdarəsi KOM Başkanlığının rəqəmsal materiallar üzərində apardığı retrospektiv araşdırmalar çərçivəsində FETÖ ilə  əlaqəsi olduğu təsbit edilən 445 aktiv polis məmuru vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

O, məlumatda bildirir ki, "Təhlükəsizlik Ümumi Müdirliyimiz KOM Rəhbərliyi tərəfindən rəqəmsal materiallar üzərində aparılan retrospektiv araşdırmalar çərçivəsində FETÖ ilə əlaqəsi və ya əlaqəsi olduğu müəyyən edilən 445 fəal polis vəzifəsindən uzaqlaşdırıldı. Bu şəxslərə qarşı inzibati istintaq başladıldı. Biz Terror təşkilatlarına və işbirlikçilərinə qarşı mübarizəmizi dayanmadan və tərəddüd etmədən davam etdirəcəyik”.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az