ABŞ-dan bir iranlı şəxsə və 3 təşkilata qarşı husilər sanksiyası

10:27 - 29 Dekabr 2023

ABŞ-dan bir iranlı şəxsə və 3 təşkilata qarşı husilər sanksiyası

ABŞ husilərin Yəməndəki hücumlarını dəstəklədiklərini əsas gətirərək bir İranlı şəxs və üç təşkilatı sanksiya siyahısına əlavə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada adı açıqlanmayan şəxslər və təşkilatların İranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri ilə əlaqə saxlayan Səid əl-Camalın göstərişi ilə husilərə milyonlarla dollar vəsaitin çatdırılmasına dəstək verdiyi bildirilib.

Bəyanatın davamında ABŞ-ın “İranın husilərə qeyri-qanuni maliyyə dəstəyinə qarşı mübarizəni davam etdirəcəyi” qeyd edilib və beynəlxalq ictimaiyyəti “Husilərin və onların iranlı dəstəkçilərinin sabitliyi pozan fəaliyyətlərinə qarşı” dayanmağa çağırıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az