İsrailin dövlət televiziyası KAN-ın xəbərində Netanyahunun Qəzza zolağına edilən hücumların nəticələrinin təfərrüatlarının İsrail Müharibə Kabinetində müzakirə olunmayacağına son anda qərar verdiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəbərdə hökumət koalisiyasındakı tərəfdaşların Müharibə Kabinetində bu müzakirəni ləğv etmək üçün Netanyahuya böyük təzyiq göstərdiyi qeyd edilib.
İsrailin Kanal 12 televiziyası və Yedioth Ahronoth qəzetinin dünənki xəbərləri iki ay yarımdan çox davam edən hücumların sona çatmasından sonra Təl-Əvivin Qəzza zolağında mümkün planına diqqət çəkib və İsrailin Döyüş Nazirləri kabineti dünən gecə "Qəzzadakı müharibənin nəticələrini” müzakirə edəcəyi qeyd edildi.
Əfsanə
Manşet.az