Jurnalistlərin İsrailin “Pegasus” proqramı ilə izlənildiyi məlum oldu

11:09 - 29 Dekabr 2023

Jurnalistlərin İsrailin “Pegasus” proqramı ilə izlənildiyi məlum oldu

Amnesty İnternational Hindistanda jurnalistlərin İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış "Pegasus" casus proqramı ilə izlənildiyini və hədəf alındığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amnesty İnternational-ın Washington Post ilə birgə dərc etdiyi hesabatda bu barədə açıqlama verilib.

Hesabatda “The Wire” müstəqil xəbər saytının qurucu redaktoru Siddharth Varadarajanın Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) Cənubi Asiya üzrə redaktoru Anand Manqnale kimi bir çox jurnalistin telefonlarına bu casus proqram vasitəsi ilə daxil olduğu bildirilib.

Bu, Hindistanda jurnalistlərin getdikcə daha çox qeyri-qanuni müşahidə təhlükəsi ilə üzləşdiyini göstərib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az